19 dekabr 2013 14:14
Orxan Sadıqlı: Xəzər Lənkəran olmasa, xarici kluba gedəcəyəm
“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı azerisport.az saytına müsahibəsində özünün gələcək karyerası haqda danışıb:
“Gələn həftə “Xəzər Lənkəran”la müqaviləm başa çatacaq. Klub rəhbərliyi ilə danışacağam. Komandada qalmaq istəyirəm. Əgər alınmasa, Türkiyə və Rusiya birinci divizionunun klublarından təkliflər var. Həmçinin, iki-üç yerli klubdan təklifim var. Əgər “Xəzər Lənkəran”da qalmaq alınmasa, xaricə getmək fikrindəyəm. Çünki Azərbaycanda “Xəzər Lənkəran”dan başqa klubda oynamaq istəmirəm. Xaricə getmək variantı da mümkün olmasa, yerli klublardan biri ilə müqavilə bağlamaqdan başqa əlacım yoxdur”.
