19 dekabr 2013 13:00
ZDF: Sürpriz olmadı, Foqts postunda qaldı
Almaniyanın ZDF telekanalı futbol üzrə millimizin baş məşqçisi Berti Foqtsun postunda qalması ilə bağlı məlumat yayıb. Azerisport.az xəbər verir ki, süjetdə gözlənilənin baş verdiyi deyilir:
"Media iki həftədir federasiyanın hansı qərar qəbul edəcəyini müzakirə edir. Amma sürpriz olmadı. Sən demə federasiya qərarını çoxdan verib. Foqts növbəti 2 il müddətinə baş məşqçi postunda qaldı. Azərbaycan millisini yenidən alman məşqçi çalışdıracaq".
