18 dekabr 2013 00:33
Neftçi Vobay və Sumqayıt kvartetini qaytarmaq fikrindədir
“Neftçi” özünü icarədə əsasında digər komandalarda oynayan futbolçularını geri qaytarmaq fikrindədir. Azerisport.az xəbər verir ki, yanvarın əvvəlində “Sumqayıt”da icarə əsasında çıxış edən Slavik Alxazov, Elşən Abdullayev, Ruslan Qurbanov və Kərim Diniyev komandaya dönəcək.
“Neftçi” həmçinin, Julius Vobayı “Al-Şaab” komandasından (BƏƏ) öz heyətinə qaytarmaq fikrindədir. Yeni oyunçulara gəlincə, Nazim Süleymanov hələ bu haqda danışmağa lazım bilməyib.
