18 dekabr 2013 00:22
Xəzər Lənkəran oyunçusu İsrail klubuna qarşı oyun keçirdiyi üçün, yığmadan kənarda qaldı
“Xəzər Lənkəran”ın mərakeşli yarımmüdafiəçisi Zohair Benuahi bildirib ki, Azərbaycan vətəndaşlığı almaq niyyətindədir. Azerisport.az xəbər verir ki, Benuahi bu haqda Mərakeş mətbuatına bildirib.
Bu addıma səbəb, mərakeş yığmasının baş məşqçisi Rəşid Taussinin münasibəti olub. Belə ki, Benuahi əvvəlcə Mərakeş Krallığı futbol federasiyasına müvafiq sənədləri ünvanlayıb. Yığmanın baş məşqçisi oyunçunun səviyyəsindən razılığını bildirib. Ancaq oyunçunu komandaya çağırmaqdan imtina edib. Səbəb, bu il Benuahinin bu il Avropa Liqası çərçivəsində “Makkabi” (Hayfa, İsrail) komandasına qarşı oyun keçirməsi olub.
Benuahinin sözlərinə görə, bu oyunda iştirakdan imtinaya görə, klub onunla müqaviləni poza bilərdi. O, həmçinin, Taussini qeyri-peşəkarlığına görə, tənqid edib. Cavab özünü çox gözlətməyib və Taussi bildirib ki: “Hər kim ki, İsraildə oynadı, mənim milli komandaya rəhbərlik etdiyim ərəfədə, burada oynamaq haqda heç arzu da etməsin”.
Qeyd edək ki, Benauhi, bununla əlaqədar olaraq Azərbaycan vətəndaşlığı alıb millimizin şərəfini qorumağa ümid edir.
