18 dekabr 2013 12:17
Mirkamil Rəhimov: Foqts milli komandamızın səviyyəsini qaldırmalıdı
AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov bu gün keçirilən iclasda qəbul olunan yığmamızın baş məşqçisi ilə bağlı qərara münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İK-nın bütün üzvləri yekdilliklə almaniyalı mütəxəssisin qalmasına səs verdi. Sadəcə, qarşısına müəyyən şərtlər qoyulub. Belə ki, o, yığmamızın səviyyəsini daha da qaldırmalıdı. AÇ-2016-nın seçmə mərhələsində yığmamız daha çox xal toplamalıdı, turnir cədvəlində daha yüksək yerlərdə qərarlaşmalıyıq".
