18 dekabr 2013 00:11
Milinko Pantiç: Atletiko və Lansın sayəsində möhkəmlənə bilərik
"Atletiko" və "Lans"ın bəzi futbolçuları "Bakı" klubunun şərəfini qoruya bilər. Bu barədə açıqlamanı zolaqlıların baş məşqçisi Milinko Pantiç azerisport.az saytına açıqlamasında deyib:
"Qışda heyətin gücləndirilməsi üçün müəyyən işlər aparılacaq. Bir neçə legioner oyunçunun komandaya cəlb olunması müzakirə obyektidi. Çempionatın qalan hissəsində daha güclü heyətlə keçirmək istərdik. Sözsüz ki, bu, "Atletiko" və "Lans"la müqaviləsi olan futbolçular da ola bilər. Hələlik, ad çəkmək istəməzdim. Amma heyətdə bəzi futbolçuların gedəcəyi də qaçılmazdı".
