18 dekabr 2013 11:54
Berti Foqts postunda qaldı, köməkçiləri dəyişdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts postunda qalıb. Azerisport.az xəbər verir ki, buna bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qərar verilib.
Almaniyalı mütəxəssis qarşıdakı iki ildə də millimizə rəhbərlik edəcək. Bu isə o deməkdi ki, Foqts AÇ-2016-nın seçmə mərhələsinin sonuna qədər yığmamızın sükanı arxasında olacaq.
Foqtsun köməkçiləri ilə bağlı dəyişiklik edilib. Belə ki, bundan sonra ona "Kəpəz"in sabiq baş məşqçisi Mahmud Qurbanovla Aslan Kərimov kömək edəcək. Sonuncu artıq xeyli müddətdi ki, millimizdə yardımçı məşqçi kimi çalışırdı.
Qeyd edək ki, Foqts 2008-ci ildən yığmamızın sükanı arxasında çalışır. Onun rəhbərliyi altında Azərbaycan millisi üç seçmə mərhələdə iştirak edib.
