18 dekabr 2013 11:40
Qəbələ 2-ci oyununda da uduzdu
Xəbər verdiyimiz kimi, “Qəbələ”nin 17 yaşlı futbolçularından ibarət komandası dekabrın 15-dən etibarən Braziliyada keçirilən "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak edir. Azerisport.az xəbər verir ki, yarış Braziliya Federativ Respublikasının Parana ştatının Araponqas şəhərində təşkil olunub.
Turnirin açılış matçında “Qəbələ” meydan sahibi “Laranya Mekanika” ilə üz-üzə gəlib və 0:3 hesabıyla uduzub. Təmsilçimizin ikinci oyunu da uğursuz alınıb. “Palmeyras”la qarşılaşma "Qəbələ"nin minimal hesablı məğlubiyyəti ilə bitib - 0:1.
17 yaşlılarımız növbəti oyununu sabah “Əl Əhli”yə qarşı keçirəcək.
