18 dekabr 2013 11:25
İlin son turunun 3 oyunu canlı yayımda!
Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçiriləcək oyunlardan üçü televiziya vasitəsilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, 2013-cü ilin son turunun “İdman Azərbaycan” kanalında yayımlanacaq görüşləri bunlardı: ”Qəbələ” – “Bakı”, AZAL – “Neftçi” və ”Qarabağ” – “İnter”.
Digər iki qarşılaşma isə ekranlara çıxmayacaq.
Topaz Premyer Liqası
18-ci tur
20 dekabr
“Qəbələ” – “Bakı”
Qəbələ səhər stadionu, 13:00
AZAL – “Neftçi”
“AZAL Arena”, 15:00
“Qarabağ” – “İnter”
Tofiq Bəhramov adına Respublika stadionu, 17:00
