18 dekabr 2013 20:44
Qurban Qurbanov: Son oyun həmişə çətin olur
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına açıqlamasında futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “İnter”ə qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
“Son oyun həmişə çətin olur. Buna görə də oyuna daha yaxşı köklənmək lazımdır. “İnter” öz oyununu tapmış komandadır. Ancaq biz hələlik qarşıdakı fasilə haqda düşünmürük. Əvvəlcə ilin son oyununda qələbə qazanacağıq, sonra isə fasiləyə diqqət ayıracağıq”.
