18 dekabr 2013 18:21
Duqlas Leyta bu həftə XL-dan ayrılacaq
"Xəzər Lənkəran"ın qapıçısı Duqlas Leyte cənub klubu ilə müqaviləsini yeniləməyəcək. Azerisport.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, braziliyalı qapıçının "ağ-yaşıllar"la müqaviləsinin müddəti dekabrın 21-də başa çatacaq. Ayın 23-də isə o, Braziliyada, yeni komandası "Quarani"nin düşərgəsində olacaq.
