18 dekabr 2013 17:00
Ən gülməli klubumuz
“Energetik” ən gülməli adı olan klubların hit-paradına düşüb. Azerisport.az xəbər verir ki, Sports.ru saytının versiyasına əsasən, mingəçevirlilər su əcaib siyahıda 19-cu olub.
İdeya müəllifləri seçimi belə izah edib: Azərbaycan çempionatında “Energetik” komandası çıxış edir. Ancaq hələ ki onları energetik içkilərin istehsalçıları diqqətdən qaçırır. Axı bu, dünya səviyyəli reklamdır.
