18 dekabr 2013 15:55
U-21 Moldovada yoldaşlıq oyunu keçirəcək
Futbol üzrə Moldova və Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma 2014-cü ilin mart ayının 5-də keçiriləcək. Görüş Moldovada, bir qədər də dəqiqləşdirsək, Tiraspol şəhərində keçiriləcək.
