18 dekabr 2013 14:44
Nazim Süleymanov Azərbaycan yığmasına qayıdışı haqda
“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində Azərbaycan yığmasına mümkün qayıdışı barədə danışıb.
“Mən hazırda “Neftçi”nin baş məşqçisiyəm. Komandamı AZAL-a qarşı oyuna hazırlayıram. Başqa iş haqda düşünmürəm və düşünmək də istəmirəm. Komandamı da tək buraxmaq istəmirəm. Hesab edirəm ki, təklif olacağı halda iki vəzifəni icra etmək düzgün olmazdı”.
