18 dekabr 2013 14:00
Qəbələnin qapıçısı bıçaq altına düşəcək
Ötən həftə məşq zamanı zədələnən "Qəbələ"nin braziliyalı qapıçısı Dieqo Koşta Silva əməliyyat olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə gabalafc.az saytına açıqlama verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov qapıçının dizində menisk yırtığı əmələ gəldiyini bildirib:
"Dieqo ötən həftə məşqdə zədələndi. Müayinə zamanı dizində menisk yırtığı olduğu müəyyənləşdi. Müayinədən sonra onu əməliyyat üçün vətəni Braziliyaya yola saldıq. Dieqonun yanvar ayının ortalarında məşqlərə qatılması gözlənilir".
(Klub saytı)
