18 dekabr 2013 13:44
AFFA İcraiyyə Komitəsinin bütün qərarları
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra yekdilliklə müvafiq qərarlar qəbul edilib.
1. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müqaviləsi 2015-ci il dekabrın 31-dək uzadılsın;
2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olması, lisenziyalaşdırma prosesində "A" dərəcəli meyar (mütləq) kimi qəbul olunsun;
3. Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq;
4. İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qəbul edilmiş qərarın icrasının müddəti 2 (iki) ay uzadılsın.
Göstərilən müddətə qədər qərarı müvafiq qaydada icra etməyən klublara İntizam Komitəsi tərəfindən ciddi sanksiyalar tətbiq olunacaq.
(AFFA)
