18 dekabr 2013 13:13
Berti Foqts AFFA İcraiyyə Komitəsinin təklifi üzərində düşünür
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa dörd köməkçi təklif edilib. Azerisport.az xəbər verir ki, Mahmud Qurbanov və Aslan Kərimovdan əlavə, Nazim Süleymanov və Vidadi Rzayevi müvafiq namizəd qismində alman mütəxəssisə təklif edilib.
Foqtsun bu təklifə münasibəti hələlik məlum deyil.
