18 dekabr 2013 12:55
AFFA İcraiyyə Komitəsinin TPL klubları qarşısında üç şərti
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında futbol üzrə Topaz Premyer Liqasını klubları qarşısında tələblər qoyulması qərara alınıb. Azerisport.az xəbər verir ki, tələbə əsasən, klublar futbol akademiyası yaratmalıdır.
Həmçinin, AFFA tərəfindən hər bir kluba işçi yönəldiləcək. Bu kadrın məqsədi, uşaq futboluna nəzarət olacaq. Ştat üzrə əməkhaqqı isə AFFA tərəfindən ödəniləcək.
Gələn il Fevralın 15-ə qədər hər bir klubda fitnes-hazırlıq üzrə məşqçi də olmalıdır.
