17 dekabr 2013 00:13
Almeyda Qarabağın məşqlərinə qoşuldu
“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda komanda ilə birgə məşqlərə qoşulub. Azerisport.az xəbər verir ki, Almeyda tədricən zədədən sonra bərpa olur və həkimlər futbolçunun futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “İnter”ə qarşı keçiriləcək oyunda iştirakı üçün əllərindən gələni edirlər.
