16 dekabr 2013 20:55
Tuqrul Erat: Fortunanın heyətində iki oyun və qol - çəkdiyim əziyyətlərin bəhrəsidir
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının futbolçusu Tuqrul Erat, alman KİV-nə müsahibəsində Düsseldorf “Fortuna”sının heyətində vurduğu qollara şərh verib. Azerisport.az xəbər verir ki, Erat bunları söyləyib:
“Mən həmişə ciddi cəhdlə və çox işləyib məşq etmişəm. Son iki oyun və qol, bütün çəkdiyim əziyyətlərin bəhrəsidir. Bu, tək mənə yox, bütün komandaya böyük xeyir gətirdi. İkinci hissədə ayaq əzələmdə problemim vardı. Ancaq dişlərimi qıcayıb oyuna davam etdim”.
