17 dekabr 2013 12:17
Ruslan Abışov: Rubin bu cütün favoritidi
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışov Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində İspaniya "Betis"inə rəqib olmalarına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Bizi "Betis"lə maraqlı oyunlar gözləyir. Bu komanda La Liqada son sırada getsə də, İspaniya komandalarına qarşı oynamaq həmişə çətindi. Həm də rəqibin heyətində Ruben Kastro, Xuan Verdu kimi oyunçular var. Bizim əsas üstünlüyümüz Kurban Berdıyevdi. O, İspaniya futbolunu çox yaxşı bilir. "Atletiko", "Levante", "Barselona" üzərindəki qələbələrimiz də bundan xəbər verir. Mənə elə gəlir ki, "Rubin" bu cütün favoritidi. Amma növbəti mərhələyə adlamaq çətin olacaq".