17 dekabr 2013 11:58
AFFA bu gün "ən yaxşı"ları mükafatlandıracaq
Bu gün milli komandalarda ilin ən yaxşı futbolçularının mükafatlandırılması mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, mükafatlandırma mərasimi saat 12:30-da "Hilton Baku" oteldə baş tutacaq.
Ən yaxşıların mükafatlandırılmasından başqa AFFA və "Bakcell" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
