17 dekabr 2013 11:43
İcraiyyə Komitəsinin iclası qapalı olacaq
AFFA-nın İcraiyyə Komitəsinin dekabrın 18-də keçiriləcək iclası qapalı olacaq. Azerisport.az xəbər verir ki, İcraiyyə Komitəsində qəbul olunacaq qərarlar, iclasda çəkilmiş fotolar AFFA-nın saytında yerləşdiriləcək. Həmçinin videogörüntülər televiziyalara təqdim olunacaq.
