17 dekabr 2013 11:24

Leroy Corc: Mən Qəbələnin Neftçi ilə heç-heçə edəcəyinə ümidliydim

"Qarabağ"ın yarımmüdafiəçisi Leroy Corcun azerisport.az saytına müsahibəsi
 
- "Bakı"ya məğlubiyyətlə bağlı nə deyə bilərsiz?
- Çox gərgin və ağır oyun alındı. Birinci hissəni çox yaxşı keçirdik. Çox olmasa da, qol şansları əldə etdik. Bir epizodda Ansi Aqollinin ötürməsini Nikolas Gelaşvili dəyərləndirə bilmədi. Digər epizodda mənim qol vurmağıma müdafiəçi mane oldu. Məhz bu şanslardan yararlana bilməməyimiz sonda qələbə qazanmağımıza mane oldu.
 
- Hesab etmirsiz ki, "Qarabağ" bu gün bir qədər arxayın görünürdü?
- Mən belə deməzdim. Amma onu da etiraf edirəm ki, "Bakı"nın da yaxşı qol epizodları olurdu və çox az səhvə yol verirdilər.
 
- Ryenaldo, Rəşad Sadıqov, Admir Teli, Riçard Almeyda kimi əsas oyunçular "Bakı"ya qarşı forma geymədi. Onlarsız oynamaq çətin deyildi?
- Əlbəttə, onların yoxluğu bizim üçün böyük itki idi. Amma hesab edirəm ki, komandamızda onlara alternativlər var. Onların əvəzində meydana çıxanlar özlərini yaxşı tərəfdən göstərdilər. Əlbəttə, uduzmağımız pis oldu. Bu, futboldu. Həmişə qalib gəlmək olmur.
 
- Matçın sonlarında baş məşqçi Qurban Qurbanov öz yetirmələrindən çox narazı görünürdü...
- Bunu başa düşmək olar. Çünki baş məşqçimiz də qələbə qazanmağımızı istəyirdi. Baş məşqçimizin bu cür reaksiyası çox yaxşıdı. Onda futbolçular da görürlər ki, baş məşqçi qələbə istəyir. Bu, bizi daha da motivasiya edir.
 
- 2013-cü ilin son turunda "İnter"lə qarşılaşacaqsız...
- Deyəsi xüsusi bir sözüm yoxdu. Baxaq, görək necə alınacaq. Növbəti rəqibimiz barədə danışmaq istəmirəm. Əsas öz oyunumuzdu.
 
- Sizin son məğlubiyyətiniz "Neftçi"nin liderliyi ələ keçirməsi ilə nəticələndi...
- Mən "Qəbələ"nin onlarla heç-heçə edəcəyinə ümidliydim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.