17 dekabr 2013 10:55

"Mövsümün əvvəlindən hədəfimiz çempionluqdu"

“İnter”in əvəzedici komandasının baş məşqçisi Rüstəm Əliyev klub saytına müsahibəsində “Sumqayıt”la keçirilən son oyun barədə danışıb, mövsümün birinci hissəsinin yekunlarını şərh edib və mümkün çempionluq haqqında fikirlərini açıqlayıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Son tur komandamız “Sumqayıt”ı böyük hesabla məğlub etdi. Bəli, rəqib o qədər də güclü deyildi, lakin buna baxmayaraq “İnter” oyuna diqqətlə yanaşdı...
- Tamamilə doğrudu. Matçdan öncə futbolçularla söhbətim oldu və həmin görüşdə qeyd etdim ki, rəqibi düzgün qiymətləndirmək lazımdır. Ola bilər ki, onlar turnir cədvəlinin sonunda qərarlaşsınlar, bununla belə, bu matça biz diqqətlə yanaşmalıyıq. Bu, belə də oldu. Komanda özünün potensialını göstərdi və böyükhesablı qələbə qazandı. Son matçlarda oynumuzu tam göstərmək bizə müyəssər olmurdu, ancaq “Sumqayıt”la matçda alındı. Komandaya öz gücünü göstərmək nəsib oldu, biz 90 dəqiqə ərzində meydanda vəziyyətə tam nəzarət etdik.
 
- Çempionatın birinci hissəsinin sonuna “İnter” aşkar lider rolunda yaxınlaşdı. Komanda yaxın rəqibini 11 xal qabaqlayır. Bu vəziyyət komandaya mənfi təsir göstərə, yəni onun vaxtından əvvəl rahatlaşmasına səbəb ola bilərmi?
- Biz bu barədə futbolçularla artıq danışmışıq. Onlar mövsümün ikinci hissəsinə, ilk növbədə psixoloji planda hazır olmalıdırlar. Bizə rahatlaşmaq olmaz. Yolun yarısı hələ qarşıdadır və biz mövsümün həmin hissəsini inamla keçməliyik. Mövsümün ikinci hissəsində bizi Zaqatalaya iki çətin səfər gözləyir, bundan başqa “Neftçi”, “Xəzər-Lənkəran”, “Qəbələ” və digər ambisiyalı komandalarla iki dəfə qarşılaşmalıyıq. Biz anlayırıq ki, yekun qələbə haqqında düşünmək hələ tezdir, indi bizə mövsümün final hissəsinə köklənmək lazımdı.
 
- Mövsümün əvvəlində çempionluq uğrunda mübarizəni gözləyirdiniz?
- Doğrusu, öncədən çempionluğa köklənmişdik. Mövsümün başlanmasına az qalmış oyunçularla söhbət etdim və onlara dedim ki, məqsədimiz yalnız birinci yerdir. Komandamızda bir çox istedadlı uşaqlar var. Onlar uzun müddətdir bir yerdə oynayırlar və oyun praktikası baxımdan problem yoxdur. Bundan başqa, bir necə futbolçu “İnter”in əsas heyətinə çağrılır və birlikdə məşq edirlər. Onların oyunlarında böyük irəliləyiş var və onlar ciddi tapşırıqları həll etməyə hazırdırlar. Komandamızın oyun tərzi “İnter”in əsas komandasının oyun tərzinə maksimal dərəcədə yaxındır. Biz onların oynadıqları kimi oynamağa çalışırıq.
 
- Mövsümün ikinci hissəsinə hazırlıq planında qış təlim-məşq toplanışı da böyük rol oynayır. Qış hazırlıq planı barədə bilmək maraqlı olardı.
- Çox güman qış toplanışı “Şəfa” stadionunda keçəcək. Yanvarın 5-də toplaşmağı və ayın 24-dək hazırlaşmağı planlaşdırırıq. Planlarımıza 5 yoldaşlıq matçının keçirilməsi daxildir. Yaxın vaxtlarda rəqiblərimiz məlum olacaq. Toplanışda “İnter”in U-17 komandasından 5 futbolçu da iştirak edəcək. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.