17 dekabr 2013 19:36
Sumqayıt Xəzər Lənkəranla oyun üçün hazırlıqlara başladı
Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq "Sumqayıt" bir günlük istirahətin ardından məşqlərə start verib. Azerisport.az xəbər verir ki, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında bu gün yeni kompleksdə növbəti məşqini keçirib.
Zədəli olan Ruslan Qurbanov Vurğun Hüseynov və Orxan Əliyev hazırlığa qatılmayıb. Zədəsini sağaltmış qapıçı Tərlan Əhmədli isə artıq kollektivlə birgə məşqlərə başlayıb. Komanda məşqi ikitərəfli oyunla yekunlaşdırıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu dekabrın 20-də Lənkəran şəhər stadionunda baş tutacaq və saat 15:00-da start götürəcək.
