17 dekabr 2013 18:00
Şahin Diniyev Rəvanda olacaq dəyişiklikdən danışdı
Qış transfer dönəmində "Rəvan"da dəyişikliklər gözlənilir. Bu məlumatı klubun baş məşqçisi Şahin Diniyev azerisport.az saytına açıqlamasında deyib:
"Sözsüz ki, dəyişikliklər olacaq. Komandadan gedənlər də olacaq, gələnlərdə. Təxminən bəzilərini özüm üçün dəqiqləşdirmişəm. Son oyunda sonra bir daha müzakirə edərək yekun qərar qəbul edəcəyik. Ən böyük dəyişiklik yayda ola bilər. Qış ayları köklü islahatlar üçün zaman deyil. Ona görə heyətdə kiçik yeniliklər olacaq".
