17 dekabr 2013 17:36
Cavadov: Mükafatlanacağımı gözləmirdim
Futbol üzrə Azərbaycan yığmasının və "İnter"nin hücumçusu Vaqif Cavadov 2013-cü il üçün millimizin ən yaxşı futbolçusunun Rəşad Sadıqov seçilməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Hamını təbrik edirəm. Mükafat alanlar layiqli namizədlər idi. Yalnız yığmada keçirilən oyunların sayına görə dəqiq bilmirəm Rasim Ramaldanov yoxsa Mahir Şükürov çox meydana çıxıb. Bu o qədər vacib deyil. Əsas millimizin uğurlu çıxışıdı. Özümə gəldikdə, tədbirə gələndə mükafat gözləmirdim. Mənə heçnə verməsələrdə burda problem yoxdu. Təki Azərbaycan futbolu inkişaf etsin".
