17 dekabr 2013 17:13
Mahir Şükürov: Bunları nəzərə almaq lazım idi
Futbol üzrə Azərbaycan yığmasının və "Neftçi"nin müdafiəçisi Mahir Şükürov 2013-cü il üçün millimizin ən yaxşı futbolçusunun Rəşad Sadıqov seçilməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Mən komandamızın məşqinə görə mərasimi erkən tərk etdim. Kim daha çox layiq idisə, onları da ən yaxşı seçdilər. Amma gizlətmirəm ki, mən də ən yaxşı seçiləcəyimi gözləyirdim. Əminəm ki, yığmamızın digər üzvlərindən də bunu gözləyənlər var idi. Şimali İrlandiyaya vacib qol vurmuşdum. Rusiya ilə oyunda qol ötürməsi etmişdim. Müdafiədə pis oynamamışdım. Mahirin son iki seçmə mərhələ oyununda xidmətləri az olmamışdı. Bunları nəzərə almaq lazım idi".