17 dekabr 2013 16:18
Yığmamız növbəti tsikldə ev oyunlarını harada keçirəcək?
AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, hələ Azərbaycan yığmasının ev oyunlarını hansı arenada keçirəcəyi tam dəqiqləşməyib. Azerisport.az xəbər verir ki, o, bu məsələ ilə bağlı açıqlamasında bunları qeyd edib:
"Bakcell Arena" bizim üçün uğurlu stadiondu. Orada yığmamız məğlub olmayıb. Amma bizim Tofiq Bəhramov adına Respublika stadionumuz da var. Üstəlik, 2015-ci ilə qədər Olimpiya stadionu hazır olacaq. Əminəm ki, yığmamız növbəti seçmə mərhələdəki ev oyunlarından bir neçəsini orada keçirəcək".