17 dekabr 2013 16:07
Rəşad Sadıqov: Mən ən yaxşı futbolçu adını Kamran Ağayevə verərdim
2013-cü ilin ən yaxşı futbolçusu seçilən milli komandamızın və "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- Düzünü deyim ki, ən yaxşı seçiləcəyimi gözləmirdim. Yığmamız yaxşı il keçirdi. Özünü yaxşı tərəfdən göstərən futbolçular çox idi.
- Bəs siz ən yaxşı kimi hesab edirsiz?
- Bu mövsüm Kamran Ağayev, Mahir Şükürov, Rauf Əliyev, Rüfət Dadaşov özünü pis göstərmədi. Amma mən Kamranı seçərdim. Onun ustalığı bizim müsbət nəticələr qazanmağımızda az rol oynamadı. Xüsusən də Şimali İrlandiya, Rusiya və İsraillə qarşılaşmalarda.

- Niyə özünüzün ən yaxşı seçiləcəyinizi gözləmirdiz?
- Ən yaxşı futbolçunu seçərkən adətən vurulan qollara baxırlar. Amma mənim ampluam müdafiəçidi.
- Ən yaxşı futbolçunu seçərkən adətən vurulan qollara baxırlar. Amma mənim ampluam müdafiəçidi.
- Amma bu, sizin 2010-cu ildə də ən yaxşı seçilmənizə mane olmamışdı...
- Onda mən Türkiyəyə qol vurmuşdum. Məni səhv anlamayın - hər bir futbolçu kimi, bu mükafatı almağım mənim üçün də xoşdu. Kim ən yaxşı olmağı istəməz ki? Şadam ki, mən seçiblər.
- Gələn il daha çox qol vurub, ən yaxşı seçilməsəz, inciməzsiz?
- Xeyr, qətiyyən incimərəm. Bunda ciddi bir şey görmürəm.
- Xeyr, qətiyyən incimərəm. Bunda ciddi bir şey görmürəm.
- Berti Foqtsun hazırda Azərbaycanda olmasını çoxları onun postunda qalacağına işarə hesab edir...
- Foqtsun rəhbərliyi altında işlədiyimiz üçün şadam. Mən az-çox uğurlara elə onun tapşırıqları sayəsində nail olmuşam. İlk məşqçim Vaqif Paşayev qədər ona da minnətdaram.
- Premyer Liqada fasiləyə 1 tur qalıb. Yenidən zirvəyə qayıda biləcəksiz?
- Bizim üçün qış çempionluğundan daha vacib olan çempionatın sonunda birinci olmaqdı. Amma bu, çox çətin hədəfdi. "Neftçi" və "Qəbələ" çox yaxşı çıxış edir. "Bakı"da yüksəlişdədi. "Xəzər Lənkəran" da Mustafa Dənizli ilə əvvəlki günlərini qaytara bilər. "İnter"lə oynamaq isə ümumiyyətlə çətindi. Vaqif Cavadov son dövrlər çox artırıb.

- Yeri gəlmişkən, Vaqif bu tədbirdə yox idi...
- O, burda idi. Məni ilk təbrik edənlərdən biri oldu. Ona çempionatın ən yaxşı bombardiri olmağı arzulayıram. Bu oyunçuya çox hörmətim var. Amma "İnter"i dayandırmaq üçün əlimizdən gələni edəcəyik.