17 dekabr 2013 15:25
AFFA baş məşqçiyə 5 oyunluq cəza kəsdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
MOİK – “Lokomotiv” matçının 15-ci dəqiqəsində MOİK-in futbolçusu Elnur Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Energetik” – “Karvan” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 72-ci dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Turan-T” – “Mil-Muğan” matçında “Turan-T” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Neftçala” – “Araz-Naxçıvan” matçında “Neftçala”nın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Neftçala”nın futbolçusu Tanrıverdi Məhərrəmli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 80-ci dəqiqəsində “Araz Naxçıvan”ın futbolçusu Eşqin Quliyevlə “Neftçala”nın futbolçusu Aslan Hüseynov bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıblar, klubları 200 manat cərimə olunub.
“Şəmkir” – “Neftçala” matçının 14-cü dəqiqəsində “Şəmkir”in baş məşqçisi Ruslan Abbasov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində “Şəmkir”in masajçısı Orxan İmanovun hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
