17 dekabr 2013 15:06
AFFA Abbasovun cəzasını ləğv etdi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsi “Sumqayıt” klubunun müraciətinə əsasən “Sumqayıt” – “Bakı” matçında "Sumqayıt”ın futbolçusu Samir Abbasova verilmiş cəzaya yenidən baxılması üçün İntizam Komitəsinə müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, İntizam Komitəsi aparılmış araşdırılmalar və daxil olmuş yeni faktları əsas gətirərək futbolçu Samir Abbasova verilmiş cəzanı ləğv edib.
