17 dekabr 2013 00:20
Xəzər Lənkəran 2013-cü ilin son matçına hazırlaşır
Topaz Premyer Liqasının 17-ci turunda "Rəvan"la qarşılaşan "Xəzər Lənkəran" dünən bərpa məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, Lənkəran şəhər stadionun əsas və ehtiyat meydançalarının vəziyyəti yaxşı olmadığından komanda şəhərin İnşaatçılar məhəlləsində yerləşən idman kompleksinin süni örtüklü (qapalı) meydançasında məşq edib.
Əsasən bərpa proqramı üzrə tərtib edilmiş fiziki hərəkətlərin ardıcıllıqla yerinə yetirilməsindən ibarət olan hazırlıq prossesi bir saat davam edib. Daha sonra özünün baza-otelinə qayıdan “Xəzər Lənkəran” bu gündən başlayaraq intensiv məşqlər keçərək “Sumqayıt”la oyunun hazırlıqlarına start verəcək. (12-ci oyunçu)
