17 dekabr 2013 14:13
Foqts: Rəşad Sadıqovun liderlik keyfiyyətləri heyranlıq doğurur
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Rəşad Sadıqovun 2013-cü ilin ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Əksəriyyət məhz onu seçməyə qərar verib. Nəticədə komandanın təcrübəli lideri bu mükafata layiq görüldü. Taktiki cəhətdən o, bütün tapşırıqları yerinə yetirir. Amma Rəşad özü də bilir ki, o, bundan da yaxşı çıxış edə bilər. Onun liderlik keyfiyyətləri heyranlıq doğurur".