17 dekabr 2013 14:04
Kamran Ağayev: Bu etimadı doğruldacağıma ümidliyəm
Futol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev 2013-cü ilin ən yaxşı qapıçısı seçilməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Məni seçdiklərinə görə sağolsunlar. Başqaları da bu ada layiq idi. Amma mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, mənə bəslənilən etimadı doğrulda biləcəm".
