17 dekabr 2013 13:48
Topaz Premyer Liqası, 17-ci turun rəmzi komandası
Topaz Premyer Liqasında 17-ci turun rəmzi komandası açıqlanıb. Azerisport.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidi:
Qapıçı: Saşa Stamenkoviç (Neftçi);
Müdafiəçilər: Yure Travner (Bakı), Laşa Salukvadze (İnter), Brüs Abdulay (İnter), Mahir Şükürov (Neftçi);
Yarımmüdafiəçilər: Flavinyo (Neftçi), Lukas Mario Horvat (Bakı), Araz Abdullayev (Neftçi), Vaqif Cavadov (İnter);
Hücumçular: Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq).
Topaz Premyer Liqasında 17-ci turun ən yaxşı oyunçusu isə “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyodu.
