17 dekabr 2013 12:55
Nazim Süleymanov: 2013-cü ilin ən yaxşısı Kamran Ağayev olmalıdı
"Neftçi"nin baş məşqçisi Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi
- Sizin fikrinizcə, 2013-cü il üçün yığmamızın ən yaxşı futbolçusu kim olmalıdı?
- Fikrimcə, Kamran Ağayev.
- Niyə?
- Düzdü, digər futbolçular da bu ada layiqdilər. Məsələn, Rəşad Sadıqov və ya Mahir Şükürovun da adını çəkmək olar. Amma mənə elə gəlir ki, həlledici oyunlarda Kamran yığmamızı az xilas etmədi.

- "Neftçi" son turda AZAL üzərində də qələbə qazansa, qış çempionu olacaq. Qarşınıza belə bir məqsəd qoymusuz?
- Qış çempionu olmaq yaxşıdı. Amma bu, heç nəyi həll etmir. Yayda çempion olmaq lazımdı.

- AZAL-la oyundan nə gözləyirsiz?
- Vaqif Sadıqovun komandası sonadək mübarizə aparması ilə seçilir. Onlar da ilin son matçında əllərindən gələni etməyə çalışacaqlar. Hamı fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanmaq istəyir. Biz xal itirməməyə çalışacağıq.

- "Qəbələ" üzərindəki qələbədən sonra komandanın özünə gəldiyini demək olar?
- Heç bir problem yox idi. Bütün təzyiqlər kənardan idi. Bunlara da fikir verməməyə çalışırdıq.

- Bu, sizin istədiyiniz "Neftçi"di?
- Mən bu cür "Neftçi"ni həmişə görmək istəmişəm. Sadəcə, sabitliyə nail olmaq lazımdı. "Qəbələ" ilə oyunda nəyə qadir olduğumuzu göstərdik. Həmişə bu tempdə çıxış etməyə çalışmalıyıq.