16 dekabr 2013 00:17
Qonaqlar üçün qara tur
Topaz Premyer Liqasında daha bir turu geridə qoyduq. Azerisport.az xəbər verir ki, iki gün ərzində baş tutan hesabat turunun oyunları daha çox liderin növbəti dəfə dəyişməsi ilə yaddaqalan oldu.
İlk oyun günündə iki görüş baş tutdu. Paytaxtda baş tutan oyunda son həftələrin yüksəlişdə olan komandası "İnter" doğma meydanda autsayder "Sumqayıt"ı qəbul etdi. Paytaxt təmsilçisinin heç vaxt uduzmadığı bu rəqibinə qalib gələcəyi demək olar ki, şübhə doğurmurdu. Elə də oldu. İki cavabsız qolla qalib gələn "bankirlər" növbəti 3 xala sevinərkən "Sumqayıt"ın uğursuz seriyası da davam etdi.
Zaqatalada isə "Simurq" AZAL-la münasibətlərinə aydınlıq gətirdi. "Təyyarəçilər" bundan əvvəlki turda "Rəvan"a qalib gəlməklə 10 oyunluq qələbəsizlik sindromuna son qoyduğundan gözləmək olardı ki, bu görüşdə də ən azı uduzmamağa çalışacaq. "Simurq" isə əksinə, son oyunlardakı uğursuzluqları unutdurmaq üçün doğma azarkeşləri qarşısında mütləq qələbə qazanmağa borclu idi. Georgi Çixradzenin yetirmələri bu vəzifənin öhdəsindən gəldilər. Vaqif Sadıqovun komandasındakı heyətlə bağlı problemlərdən maksimum yararlanan bölgə təmsilçisi heç kimin gözləmədiyi halda 3 xalı 3 qolla qazandı. Bu qələbə həm də "Simurq"un AZAL-ı qabaqlaması ilə nəticələndi.
Bazar günü "Xəzər Lənkəran" doğma meydanda "Rəvan"la üz-üzə gəldi. Mustafa Dənizlinin rəhbərliyi altında ilk çempionat oyununda səfərdə "İnter"lə sülh bağlayan cənub təmsilçisi doğma azarkeşləri qarşısındakı Premyer Liqa görüşündə qələbə qazanmağa nail oldu. Etame Mbillanın vurduğu qol matçda yeganə oldu. Beləcə, 1 kubok, 2 çempionat oyununda da məğlub olmayan Dənizlinin komandası qələbəsizlik sindromuna son qoymuş oldu. Lakin qazanılan 3 xal "ağ-yaşıllar"ın turnir cədvəlindəki mövqeyini dəyişmədi. "Rəvan"ın Şahin Diniyevlə qələbəsizlik sindromu isə hələ də davam edir.
Lider "Qarabağ" bu tur səfərdə "Bakı" ilə üz-üzə gəldi. İlk dövrədə darmadağınla uduzan Milinko Pantiçin komandası bu görüşə ciddi hazırlaşmışdı. Elə bunun məntiqi nəticəsi idi ki, payaxt klubu budəfəki qarşılaşmadan qalib ayrıldı. Düzdü, rəqib komandanın heyətindəki çoxsaylı itkilər bu görüşün nəticəsinə az təsir göstərmədi. Amma "zolaqlılar"ın da bu qarşılaşmada qələbəyə layiq futbol sərgilədiyini demək olar. İstənilən halda "Bakı" bu qələbə sayəsində "Qarabağ"ı liderlikdən məhrum etdi. Çünki günün digər oyunda "Neftçi" qələbə qazanmaqla zirvəni ələ keçirdi.
Nazim Süleymanovun komandası doğma meydanda əsas rəqibi "Qəbələ" ilə üz-üzə gəlirdi. Artıq "Qarabağ"ın məğlubiyyətindən xəbərdar olan paytaxt təmsilçisi bu görüşdə qələbə qazanmaqla "bir gülləylə iki dovşan vurmuş" olacaqdı. Çünki həm "Qarabağ"dan, həm də "Qəbələ"dən geridə olan "ağ-qaralar" növbəti 3 xalla hər iki rəqibini qabaqlayacaqdı. Bakılılar bu çətin vəzifənin öhdəsindən gələ bildilər. Mahir Şükürovun son saniyələrdə vurduğu qələbə qolu təkcə Yuri Syominin komandasını yox, həm də "Qarabağ"ı məyus etmiş oldu.
Topaz Premyer Liqası
17-ci tur
SİMURQ - AZAL - 3:0
Qollar: Draqan Çeran, 22, Raul Kostin, 45+1, Ruslan Poladov, 90.
Sarı vərəqələr: Patrik Osiako, 6 (qeyri-idman hərəkəti); Rəşad Eyyubov, 19 (qeyri-idman hərəkəti) - Junior Aylton, 4 (qeyri-idman hərəkəti); Oskar Klava, 46 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 85 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
14 dekabr 2013. Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 2000 tamaşaçı.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak (22. Salif Ballo, 80), 18. Tural Axundov (16. Məhərrəm Hüseynov, 90+1),20. İdan Vaytsman, 30. Raul Kostin.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 19. Orxan Səfiyaroğlu, 28. Nenad Kiso.
Baş məşqçi: Georgi Çixradze.
AZAL: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko (7. Cavid Tağıyev, 87), 3. Aleksandr Şemonayev, 4. Junior Aylton, 8. Qərib İbrahimov (22. Ruslan Tağızadə, 62), 10. Con Oluremi, 15. Oskar Klava, 18. Samuel Barlay, 20. Branislav Arsenyeviç (k), 21. Rey Məmmədbəyli (31. Şəhriyar Rəhimov, 68), 23. Tural Nərimanov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 6. Natiq Kərimi, 9. Orxan Həsənov, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov.
İNTER - SUMQAYIT - 2:0
Qollar: Abdulla Abatsiyev, 32, Vaqif Cavadov, 88.
Sarı vərəqələr: Brüs Abdulay, 8 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
14 dekabr 2013. Bakı. “Şəfa” stadionu. 250 tamaşaçı.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 5. Slavço Georgiyevski, 9. Aleksandr İaşvili (11. Asif Məmmədov, 70), 19. Sezar Meza Kolli, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev (14. İlqar Ələkbərov, 90+2), 70. Vaqif Cavadov (k) (8. Mikel Alvaro, 89).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 88. Derlis Meza Kolli.
Baş məşqçi: Kaxaber Sxadadze.
Sumqayıt: 1. Anar Nəzirov, 3. Vurğun Hüseynov (5. Kərim Diniyev, 45+1), 7. Pərdis Fərcad-Azad, 9. Orxan Əliyev (11. Ruslan Nəsirli, 67), 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 77. Mirzağa Hüseynpur (8. Aqşin Muxtaroğlu, 60), 86. Elşən Abdullayev.
Sumqayıt: 1. Anar Nəzirov, 3. Vurğun Hüseynov (5. Kərim Diniyev, 45+1), 7. Pərdis Fərcad-Azad, 9. Orxan Əliyev (11. Ruslan Nəsirli, 67), 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 77. Mirzağa Hüseynpur (8. Aqşin Muxtaroğlu, 60), 86. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 25. Fərid Kərimzadə, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov.
BAKI - QARABAĞ - 2:1
Qollar: Deyvidas Çesnauski, 60, Rauf Əliyev, 73 - Ulrix Kapolonqo, 76.
Sarı vərəqələr: Rauf Əliyev, 60 (qeyri-idman hərəkəti); Alberto Noquera, 85 (qeyri-idman hərəkəti); Kamran Ağayev, 90 (oyunun bərpasını gecikdirdiyi üçün); Ruben Qonzales, 90+2 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 90+3(icazəsiz meydana daxil olduğu üçün) - Leroy Corc, 20 (qeyri-idman hərəkəti); Ansi Aqolli, 41 (simulyasiya); Nikolas Gelaşvili, 70 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
15 dekabr 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
Bakı: 29. Kamran Ağayev (k), 2. Deyvidas Çesnauski (7. Əfran İsmayılov, 61), 3. Yure Travner, 4. Pedro Mario Alvares (15. Alberto Noquera, 76), 5. Ruben Qonzales, 11. Rauf Əliyev, 12. Etto, 17. Risto Ristoviç (10. Aleksandar Soliç, 84), 21. Elvin Məmmədov, 23. Lukas Mario Horvat, 34. Şəhriyar Əliyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 8. Cavid Hüseynov, 20. Mindauqas Kalonas, 30. Vüqar Bəybalayev.
Baş məşqçi: Milinko Pantiç.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev (11. Ulrix Kapolonqo, 69), 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k), 10. Muarem Muarem, 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 76), 41. Corc Leroy (17. Vüqar Nadirov, 64), 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 23. Tural İsgəndərov, 33. Təmkin Xəlilzadə, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
XƏZƏR LƏNKƏRAN - RƏVAN - 1:0
Qol: Etame Mbilla, 26.
Sarı vərəqələr: Rahid Əmirquliyev, 70 (əl ilə oyun) - Yamin Ağakərimzadə, 54 (əl ilə oyun); Mişel Balokoq, 60 (kobud oyun); Cəmşid Məhərrəmov, 76 (rəqibi tutduğuna görə).
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
15 dekabr 2013. “Xəzər Lənkəran” mərkəzi stadionu. 4000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit (12. Junior Nildo, 73), 20. Etame Mbilla (21. Radomir Todorov, 81), 22. Deyvid Sakkoni (23. Nikola Qliqorov, 84), 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 9. Uğur Pamuk, 11. Zohair Benuahi, 17. Kazım Kazımlı.
Baş məşqçi: Mustafa Dənizli.
Rəvan: 1. Lukaş Sapela, 4. Yamin Ağakərimzadə, 5. Aqil Nəbiyev (30. Cəmşid Məhərrəmov, 45+1), 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k) (23. Kristian Torres, 64), 19. Hüseyn Axundov (89. Vüsal Qarayev, 86), 20. Miloş Adamoviç, 27. Rəşad Abdullayev, 33. Sohib Savankulov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Frederik Holster, 9. Elnur Abdulov, 11. Kamil Nurəhmədov.
Baş məşqçi: Şahin Diniyev.
NEFTÇİ - QƏBƏLƏ - 2:1
Qollar: Araz Abdullayev, 12-pen, Mahir Şükürov, 90+4 - Leonardo da Silva, 45+1-pen.
Sarı vərəqələr: Mahir Şükürov, 5 (qeyri-idman hərəkəti); Rəşad Sadiqov, 32 (qeyri-idman hərəkəti); Karlos Kardoso, 45+1 (qeyri-idman hərəkəti); Tərlan Quliyev, 72 (qeyri-idman hərəkəti) - Müşfiq Teymurov, 11 (qeyri-idman hərəkəti); 84 (oyunun bərpasını gecikdirdiyi üçün); Abdulvahid Afolabi, 74 (qeyri-idman hərəkəti); Amit Quluzadə, 90+3 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Müşfiq Teymurov, 84.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
15 dekabr 2013. Saat 18:00. “Bakcell Arena” stadionu. 800 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 14. Bahodır Nasimov (11. Melvin Platye, 62), 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Nazim Süleymanov.
Qəbələ: 27. David Petrkeviç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 19. Abdulvahid Afolabi (9. Viktor Mendi, 90+2), 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (3. Nikola Valentiç, 87), 88. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 55. Cavidan Hüseynzadə, 5. Sadiq Quliyev, 8. Nizami Hacıyev, 11. Yannik Kamanan, 22. Assis Rodriqes.
Baş məşqçi: Yuri Syomin.
| 1 | Neftçi | 17 | 10 | 4 | 3 | 26 | 17 | +9 | 34 |
| 2 | Qarabağ | 17 | 9 | 6 | 2 | 29 | 11 | +18 | 33 |
| 3 | Qəbələ | 17 | 10 | 2 | 5 | 25 | 16 | +9 | 32 |
| 4 | İnter | 17 | 8 | 3 | 6 | 27 | 19 | +8 | 27 |
| 5 | Bakı | 17 | 8 | 3 | 6 | 29 | 19 | +10 | 27 |
| 6 | Simurq | 17 | 5 | 7 | 5 | 16 | 14 | +2 | 22 |
| 7 | AZAL | 17 | 5 | 6 | 6 | 15 | 22 | –7 | 21 |
| 8 | XL | 17 | 4 | 7 | 6 | 12 | 21 | –9 | 19 |
| 9 | Rəvan | 17 | 1 | 6 | 10 | 9 | 29 | –20 | 9 |
| 10 | Sumqayıt | 17 | 1 | 4 | 12 | 8 | 28 | –20 | 7 |
Bombardirlər:
9 - Vaqif Cavadov (İnter)
7 - Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı).
6 - Əfran İsmayılov (Bakı), Daniel Subotiç (Qəbələ), Leonardo da Silva (Qəbələ).
5 - Baçana Sxadadze (İnter), Bahodir Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ).
