16 dekabr 2013 11:33
İnter 500-ə çatdı
Topaz Premyer Liqasının 17-ci turunun “İnter” - “Sumqayıt” oyununda hesabı açan Abdulla Abatsiyevin qolu meydan sahibləri üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, milliləşən legioner paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 500-cü qolunu vurub.
Bu qarşılaşmayadək hesabında 499 qol olan “İnter” sumqayıtlıları 2:0 hesabı ilə udaraq bu rəqəmi 501-ə çatdırıb.
1999-cu ildən ölkənin ən güclü klubları sırasında olan komanda ilk 4 mövsümdə “Xəzər Universiteti” adı altında çıxış edib. Bu müddətdə bakılılar 110 qol vurub. 2004-cü ildə adını dəyişən paytaxt təmsilçisi daha 391 dəfə fərqlənməklə qol sayını 501-ə çatdırıb.
501 qolunu 371 matçda vuran “İnter” öz qapısından 316-nı buraxıb. Vurulan qolların 273-ü ev, 228-i səfər matçlarında qeydə alınıb. Texniki qələbənin əldə olunduğu 5 matç isə top fərqində əksini tapmayıb.
“İnter” Azərbaycan çempionatları tarixində 500 qol səddini arxada qoyan 6-cı komandadır. Onlara qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Turan” və “Bakı” da bunu bacarıb.
Qeyd edək ki, paytaxt təmsilçisi ilk qolunu 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununda vurub. Komandasının 2:3 hesabı ilə uduzduğu matçın 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixində düşüb.
“İnter”in mövsümlər üzrə vurduğu qollar
|
Mövsüm
|
Qol
|
|
1999/2000
|
19
|
|
2000/01
|
23
|
|
2001/02
|
31
|
|
2003/04
|
37
|
|
2004/05
|
41
|
|
2005/06
|
35
|
|
2006/07
|
36
|
|
2007/08
|
55
|
|
2008/09
|
54
|
|
2009/10
|
47
|
|
2010/11
|
29
|
|
2011/12
|
29
|
|
2012/13
|
38
|
|
2013/14
|
27
|
|
Cəmi
|
501
|
(PFL)
