16 dekabr 2013 11:00
Mahir Şükürov: Neftçinin Qarabağı geridə qoyması bir adətdir
“Neftçi”nin müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş oyunda “Qəbələ” üzərindən qələbədən (2:1) danışıb.
- Niyə axsayırsınız?
- Baş barmağımın dırnağı ağrıyır. Barmağım şişib. Həkimə göstərmək lazımdır. Ola bilər ki, dırnağı çıxarmaq gərək oldu.
- Qələbə haqda nə deyə bilərsiniz?
- “Qəbələ”lə yaxşı komandadır. Xüsusən bu mövsümdə. Komandanın hücum xətti kifayət qədər təhlükəlidir. Mənə asan olmadı. Belə ki, zədə səbəbi ilə oyuna qədər iki gün məşq etməmişdim. Köklənmə o qədər yaxşı idi ki, çatışmazlıq özünü göstərmədi. Oyunun sürəti son dərəcə yüksək idi. Güclü qalib gəldi.
- Oyunun son saniyələrində vurduğunuz qol barədə nə deyə bilərsiniz?
- Mən məşqlərdə standart vəziyyətlər üzərində çalışıram. Bu il yığmanın heyətində fərqləndim. “Neftçi”də də alındı. Zərbədən qabaq inanırdım ki, qol vuracağam. Hələ oyuna qədər demişdim ki, mən və Araz Abdullayev qol vuracağıq. Ancaq sıralamada yanılmışdıq. Arazdan qabaq qol vuracağımı düşünürdüm.
- “Qəbələ”nin yarımmüdafiəçisi Amit Quliyevlə nəyi bölə bilmirdiniz?
- Biz cərimə zərbəsi vurmaq hüququ qazanırıq. O, topu götürür və vaxt aparır. Cavan futbolçusan, başını sal, öz oyununu oyna. Belə isə heç bir ciddi şey olmayıb. Buna fikir vermək lazım deyil.
- Buna necə fikir verməmək olar? Demək olar ki, hər oyunda sizinlə oxşar macəra baş verir.
-Mən futbolçuyam. Oyun zamanı çoxlu toqquşmalar, narazılıqlar baş verir. Nəticədə bunlardan müxtəlif mübahisələr yaranır. Bu, oyunun bir hissəsidir. Mən kinli deyiləm. Oyundan sonra hər şey barədə unuduram. Meydanda baş verən hər şey, meydanda da qalır.
- Siz “Qəbələ”dən elə də rahat getmədiniz. Qələbə qolunu qonaqların ehtiyat oyunçular skamyasının yaxınlığında qeyd etdiniz. Bu, əvvəlcədən nəzərdə tutulmuş tədbir idi?
- Deməzdim ki, elə də rahat. Düzünü deyim, mən komandadan özüm getmişəm. Qolun sevincini bayram etməyə gəlincə, klub prezidenti tərəfə qaçdım. Qolu ona həsr etmək istəyirdim.
- Siz oxşar qolu Şimali İrlandiya yığmasının qapısına vurmuşdunuz və hətta onda belə sevinməmişdiniz.
- (Gülür) Orada biz hesabı möhkəmləndirdik. Burada isə qələbə qolu idi. Burada hissləri necə cilovlamaq olar?
- Hər halda sizin qolunuz “Neftçi”ni mütləq birinci pilləyə yüksəltdi...
- Ötən turda “Qarabağ”a məğlubiyyətdən sonra, mənə dedilər ki, ağdamlılar “qış çempionu” olacaqlar. Mən hələ onda dedim ki, tələsməyək. Biz əvvəlcə “Qarabağ”ı irəli buraxırıq, sonra yenə ötürük. Bu, artıq adətdir (gülümsəyir).
