16 dekabr 2013 10:44
AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı dəyişdirildi
Dekabrın 18-də AFFA-nın inzibati binasında keçiriləcək İcraiyyə Komitəsinin növbəti iclasının başlanma vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, iclas, əvvəlcədən nəzərdə tutulduğu kimi, 11:00-da yox, 10:00-da başlayacaq.
Gündəliyə daxil edilmiş məsələləri bir daha diqqətinizə çatdırırıq:
1. Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi;
1. Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi;
2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması;
3. AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi;
4. Digər məsələlər.
