16 dekabr 2013 18:51
Yunisoğlunun baş məşqçisi istefa verdi
Türkiyənin "Dənizlispor" klubunun baş məşqçisi Yusuf Şimşək istefa verib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Saşa Yunisoğlunun da çıxış etdiyi PTT 1-ci Liqa klubunun çalışdırıcısı postundan getməyə qərar verib.
Onun istefasına klubda maliyyə problemlərinin olması səbəb göstərilir. Lakin klub rəhbərliyinin bu istefanı qəbul edib-etməyəcəyi bilinmir. Şimşək isə artıq öz yetirmələri vidalaşıb.
