16 dekabr 2013 18:27
Atletikonun prezidenti Bakının futbolçuları ilə görüşdü
Ötən gün Madriddə təlim-məşq toplanışı keçən "Bakı"nın U-14 komandası və nümayəndə heyətinin üzvləri İspaniya çempionatının "Atletiko" və "Valensiya" arasında keçirilən qarşılşamasını stadionda canlı izləyiblər. Azerisport.az xəbər verir ki, İspaniyada uzunmüddətli təlim keçən 5 futbolçumuz da onlara qatılıb.
Gənc futbolçularımız "Atletiko"nun 3:0 hesablı qələbəsinin şahidi olublar. Oyundan əvvəl "Atletiko"nun prezidenti Enrike Serezo məşqçi heyyəti və futbolçularıa bir araya gəlib. "Bakı" futbol akademiyasının rəhbəri Yüksəl Kepoğlu yeniyetmə futbolçularımızın Madriddə keçirdiyi hazırlıq prosesi barədə ətraflı məlumat verib. Ardından klub prezidentinə xatirə hədiyyələri təqdim olunub. "Atletiko" rəhbərliyi də öz növbəsində nümayəndə heyətinin üzvlərinə üzərində klub simvolikası olan suvenirlər bağışlayıblar. (klub saytı)
