16 dekabr 2013 17:44
Rəşad Sadıqov: Bilirdim ki, Neftçi üzərində qələbədən sonra komandanın oyununda eniş olacaq
“Qarabağ”ın kapitanı Rəşada Sadıqov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Bakı”ya qarşı keçirilmiş oyun (1:2) barədə fikirlərini bildirib.
“Ümumilikdə oyun bərabər idi. Hər iki komanda hərəyə iki dəfə yüz faizli qol imkanı yaratdı. Rəqib mütləq yararlandı, biz isə bir dəfə. Qolları səhvlərimizdən sonra buraxdıq. Futbolçularımız sona qədər mübarizə apardı. Aparıcı oyunçuların yoxluğu hiss edilirdimi? İstənilən komandanın heyətindən üç-dörd aparıcı futbolçunu xaric etsən, oyunun keyfiyyəti istər-istəməz aşağı düşəcək. Ancaq ola bilər ki, elə sabit heyətlə də oynasaydıq, uduzardıq. Mən bilirdim ki, “Neftçi” üzərində qələbədən sonra komandanın oyununda eniş olacaq. Ancaq heç olmasa heç-heçəyə ümid edirdik”.
