16 dekabr 2013 17:31
Qarabağ ilin son oyununa hazırlığa başladı
"Qarabağ" məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunda "İnter"i qəbul edəcək komanda, mərkəzi arenada məşqə çıxıb.
Dünən "Bakı" ilə qarşılaşmış "Qarabağ" vaxt itirmədən ilin son matçının hazırlıqlarına başladı.
Sonuncu qarşılaşmada müxtəlif səbəblərdən iştirak etməyən Rəşad Sadıqov, Riçard Almeyda, Reynaldo da komanda hazırlığında iştirak ediblər.
Xatırladaq ki, "Qarabağ" - "İnter" qarşılaşması cümə günü dekabrın 20-də 17:00-da baş tutacaq.
