16 dekabr 2013 17:00
Vaqif Qasımov: Vaqif Sadiqovun komandadakı taleyinə klub prezidenti aydınlıq gətirəcək
AZAL-ın vitse-prezidenti Vaqif Qasımov azerisport.az saytına açıqlamasında komandada yaranmış vəziyyət barədə danışıb:
“Simurq”dan alınmış məğlubiyyət acıdır. Ancaq nə etmək olar?! Bu, mövsümdə komandanın ilk uğursuzluğu deyil. Daha bir tur gözləmək qalır. Komandada dəyişikliklər olacaq. Rəhbərlik toplaşacaq və qərarlar qəbul edəcək. Ancaq Sadıqovun klubdakı taleyi klub prezidentinin əlindədir. Həmçinin, heyəti gücləndirmək lazımdır. Mövsümü layiqincə bitirmək üçün iki-üç yaxşı futbolçu lazımdır. Hesab edirəm ki, Sadıqovun burda günahı yoxdur. Məslə məşqçidə yox, heyətdədir. Hansı məşqçi gəlsə də, komanda hazırkı heyətlə yaxşı oynamayacaq”.
