16 dekabr 2013 16:44
Ruslan Abışıov iki İspaniya səfərinə çıxa bilər
Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Ruslan Abışovun klubu “Rubin”, yarışın 1/16 final mərhələsində “Betis”lə üz-üzə gələcək.
Oyunlar 2014-cü ilin 20-i və 27-i fevral tarixində baş tutacaq.
1/8 finala vəsiqə qazanacağı təqdirdə “Rubin”, “Maribor” (Sloveniya) - “Sevilya” (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları 2014-cü ilin martın 13-ü və 20-də keçiriləcək.
