16 dekabr 2013 15:51
ÇL-in püşkü atıldı, Qalatasaray Çelsiyə rəqib oldu
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu mərhələdə oynamaq hüququ qazmış 16 klub 8 cütə bölünüb.
1/8 final iştirakçıları arasında ən çox (4) İngiltərə və Almaniyanın təmsilçisi var. İtaliya, Fransa, Rusiya, Türkiyə və Yunanıstan isə hərəyə bir klubla təmsil olunur.
Reqlamentə əsasən qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşacaqdı. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupda çıxış edən komandalar bir-biri ilə qarşılaşa bilməzdi.
Qrup qalibləri: Mançester Yunayted (İngiltərə), Real (Madrid, İspaniya), PSJ (Fransa), Bavariya (Almaniya), Çelsi (İngiltərə), Borussiya (Almaniya), Atletiko (Madrid, İspaniya), Barselona (İspaniya).
Qrup ikinciləri: Bayer (Leverkuzen, Almaniya), Qalatasaray (Türkiyə), Olimpiakos (Yunanıstan), Mançester Siti (İngiltərə), Şalke (Almaniya), Arsenal (İngiltərə), Zenit (Rusiya), Milan (İtaliya).
Püşk nəticəsində, 1/8 final cütləri aşağıdakı kimi formalaşıb:
Mançester Siti - Barselona
Olimpiakos - Mançester Yunayted
Milan - Atletiko
Bayer - PSJ
Qalatasaray - Çelsi
Şalke - Real
Zenit - Borussiya D
Arsenal - Bavariya
Bu mərhələnin oyunları gələn ilin fevral ayında (ilk oyunlar ayın 18-19-da, cavab görüşləri 25-26-da) keçiriləcək.