16 dekabr 2013 15:33
Ufuk Budak oynadı, komandası heç-heçə etdi
Azərbaycan yığmasının yarımmüdafiəçisi Ufuk Budak Türkiyənin “Eskişehirspor” komandasının əvəzedicilərinin heyətində növbəti oyunu keçirib. Azerisport.az xəbər verir ki, çempionatın 11-ci turu çərçivəsində “Eskişehirspor” səfərdə “Bandırmaspor”la 1:1 hesablı heç-heçə edib.
Budak bu oyunda 35 dəqiqə meydanda olub və əvəzlənib. “Eskişehirspor” üçüncü qrupda 13 xal toplayaraq qrupda dördüncü pillədə qərarlaşıb.
